Mukhtarov Atelier

Haqqımızda

since

2014

12 ildən artıq təcrübə və sənətkarlıq irsi. Mukhtarov Atelier, dəri sənətini nəsillərdən gələn dəqiqliklə müasir lüks anlayışına daşıyır.

İllik Sənətkarlıq Təcrübəsi
0
Məmnun Müştəri Portfeli
0 %
Fərdi Dizayn Kolleksiyası
0

ZƏRİFLİYİN YARANDIĞI MƏKAN

Mukhtarov Atelier — əl işi dəri məmulatları üzərində ixtisaslaşmış Azərbaycan brendidir. Biz kişi və qadın çantaları, kəmərlər, pulqabılar və cardholder-lər hazırlayırıq. Hər məhsul: • təbii dəridən • əl işi olaraq • funksional və zamansız dizaynla hazırlanır Bundan əlavə, şirkətlər üçün korporativ sifarişlər qəbul edirik: loqolu məhsullar, xüsusi dizayn və fərdi yanaşma.

Mukhtarov Atelier” fəlsəfəsi zamanın sınağından keçən dəyərli sənətkarlıqdır. Biz kütləvi istehsalın sürətindən uzaq, hər bir detala diqqətlə yanaşaraq işləyirik. Dərinin seçilməsindən son tikişə qədər hər mərhələdə incə əl işi və keyfiyyət prioritetimizdir. Məqsədimiz sadəcə estetik görünüş deyil, zaman keçdikcə sahibinin ruhunu əks etdirən, dəyər qazanan məhsullar yaratmaqdır.

Mukhtarov Atelier-də minimalizm və klassika bir araya gəlir. Hər dizayn sadədir, lakin xarakterlidir. Çünki əsl keyfiyyətin səs-küyə ehtiyacı olmadığına inanırıq. Bizdə hər dəri məmulatı uzunömürlü istifadə, rahatlıq və fərdi zövq üçün düşünülür.

Atelyemizdə hazırlanan hər məhsul,  istər gündəlik istifadə, istərsə də xüsusi sifariş olsun, eyni diqqət və hörmətlə hazırlanır. Mukhtarov Atelier imzası ilə ərsəyə gələn hər bir parça sahibinə özəlliyini hiss etdirir.